2020/21 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.
Futbolinfo.az xəbərt verir ki, komanda səhər saatlarında əyalətə yola düşüb.
Hazırda İspaniyada olan Xayme Romero və Miçel Maderadan başqa hamı Ağdam təmsilçisinin düşərgəsindədir. Yeri gəlmişkən, ispaniyalı yarımmüdafiəçilərin yenidən Bakıya qaytarılması istiqamətində işlərə artıq start verilib.
Dünən isə komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçulardan götürülmüş analizlərin nəticəsi mənfi çıxıb.
“Qarabağ” koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümünün qalibi elan olunub.