“Lester”in müdafiəçisi Çağlar Söyüncü İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən üç oyunluq cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, Türkiyə millisinin üzvü Premyer Liqanın son turunda “Bornmut”la oyunda etdiyi hərəkətə görə bu cəzaya məruz qalıb.
23 yaşlı müdafiəçi rəqib oyunçu qoldan sonra topu qapıdan götürmək istəyərkən onu təpiklə vurub. Buna görə futbolçu qırmızı vərəqə ilə meydandan qovulub.
Türk oyunçu bu cəza ilə Premyer Liqada mövsümü erkən bitirməli olub.