2023-cü ildə Fil Dişi Sahilində keçiriləcək Afrika Millətlər Kubokunun vaxtı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) baş katibi Abdel Ba məlumat verib.

O, yarışın iyun – iyul aylarında baş tutacağını söyləyib.

Qeyd edək ki, 2021-ci ilin yanvar – fevralında Kamerunda təşkili planlaşdırılan Afrika Millətlər Kuboku koronavirusa görə 2022-ci ilə təxirə salınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp