“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu nigeriyalı Yusuf Lavalı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu yeni klubu ilə 2+1 il müddətinə müqavilə bağlayıb. 22 yaşlı cinah yarımmüdafiəçisi “Neftçi”nin heyətində 24 nömrəli formanı geyinəcək.

İlk klubu “Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın “Lokeren” klubunun heyətində 22 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp