“Səbail”in legioneri Maykl Essyen növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib.

Futbolinfo.az xəbər verir ki, əfsənəvi futbolçu son günlər Ermənistan – Azərbaycan sərhədində baş verənlərə münasibətini açıqlayıb.

O, özünün “İnstaqram” səhifəsində Azərbaycanın bayrağını və ölkənin güclü olduğunu ifadə edən emojilər paylaşıb. Essyen paylaşımına Azərbaycan dilindəə “Şəhidlər ölməz, vətən bölünməz” sözlərini də əlavə edib.

Qeyd edək ki, Essyenin İnstaqramda 1 milyon 400 min izləyicisi var. O, bir neçə gün öncə də Azərbaycan bayrağını paylaşmaqla ölkəmizə bu çətin günlərdə dəstəyini nümayiş etdirmişdi.

109840077 668371160559212 4503402122993899289 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp