“Qarabağ” yarımmüdafiəçi Miçel Madeyra ilə yollarını ayırıb. İspan futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qarabağ” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da oynayan Miçel Ağdam klubunda 155 matçda meydanda olub və 25 qola imza atıb.

Shares: