“Səbail” Maykl Essyenlə yollarını rəsmən ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Paylaşımda “səninlə bir komandada işləməkdən hər birimiz zövq alırdıq. Klub üçün etdiyin hər şeyə görə təşəkkürlər. Uğurlar, Maykl” – deyə, yazılıb.
Qeyd edək ki, təcrübəli futbolçu ötən ilin martından paytaxt təmsilçisinin formasını geyinirdi. 37 yaşlı qanalı yarımmüdafiəçi bu müddət ərzində “Səbail”də 15 oyuna çıxıb, 616 dəqiqə meydanda olub.