“Səbail” 4 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat xidmədinin rəhbəri Törə Əhmədova məlumat verib.

Yerli futbolçulardan Adil Nağıyev, Orxan Qurbanlı, Bahadur Həziyev və Elçin Rəhimli növbəti mövsümdə də komandada qalacaq.

İranlı mərkəz müdafiəçisi Peyman Keşavarz da 2020/21 mövsümündə “Səbail”in formasını geyinəcək. Aftandil Hacıyevin başçılıq etdiyi komanda aparıcı futbolçuları Rahid Əmirquliyev və Rauf Əliyevlə də razılıq əldə etməyə çox yaxındır.

Qeyd edək ki, “Səbail” daha əvvəl Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli “Neftçi”yə, Ruslan Hacıyev isə “Qarabağ”a qayıdıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp