“Keşlə” Futbol Klubu qapıçı Rəşad Əzizli ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Əzizli növbəti mövsümdən “Zirə”nin uğurları üçün çalışacaq. O, yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp