“Zirə”dən ayrılan Cavid Hüseynov 2 klubla danışıqlar aparır. Futbolinfo.az təcrübəli futbolçunun sabiq klubu “Qəbələ” və “Keşlə”yə keçmək variantı olduğunu da yazmışdı.
Saytımıza açıqlama verən Hüseynov bu məlumatları təkzib etməyib. O bildirib ki, hər şeyə sabah aydınlıq gələcək: “Hər şeyə sabah aydınlıq gələcək. Başqa heç bir məlumat verə bilmərəm”.