“Zirə”ylə müqavilə bağlayan Rəşad Əzizli “Keşlə”ni çətin vəziyyətdə qoyub. Avropa Liqasındakı təmsilçimiz hazırda qapı xəttində yalnız Stanislav Namaşkonun ümidinə qalıb.

Düzdü, “Keşlə”də gənc Əkbər Vəliyev də var. Lakin təcrübəsiz qolkiperlə avrokuboklara yollanmaq risklidi. Moldovalı zədə və ya cəza üzündən sıradan çıxsa, paytaxt təmsilçisi çətin vəziyyətə düşəcək.

Bu səbəbdən baş məşqçi Tərlan Əhmədov axtarışa başlayıb. O, klub rəhbərliyinə ehtiyat qolkiper rolu ilə razılşacaq təcrübəli birini tapmalarını istəyib.

Danışıqların necə getməsi barədə klubdan xəbər almaq mümkün deyil, heç kim telefonlara cavab vermir. Amma əldə etdiyimiz məlumata görə, həftə ərzində komandaya yeni sima qoşulacaq. Həmin şəxsin “Zirə”dən ayrılan Orxan Sadıqlı olacağı gözlənilir. Ötən il ehtiyatda qalmaqdan bezdiyi üçün “Keşlə”dən ayrılan qapıçı yeni klubunda özünü doğrultmağından kor-peşman geri qayıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp