Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə yolları ayırıb. Araz Abdullayevin başa çatan müqaviləsi yenilənməyib.

28 yaşlı yarımmüdafiəçi 2018-ci ildən Ağdam təmsilçisində çıxış edirdi. Əsas heyətdə özünə heç cür yer edə bilməyən cinah oyunçusunun bu aqibətlə üzləşəcəyi ehtimal olunurdu.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Maqaye Qeye, Vaqner da Silva, Ailton Silva, Faysal Rerras, Nicat Mehbalıyev və Miçel Madeyra ilə də vidalaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp