Almaniya Bundesliqasında təyinat alan Dəniz Aytəkin 2019-2020 mövsümünün ən yaxşı hakimi seçilib. 41 yaşlı referi futbolçular arasında keçirilən “İlin hakimi” sorğusunda 43,3 səs toplayaraq 1-ci olub. O, 2-ci yeri tutan Manuel Qröfü 13 səs fərqi ilə qabaqlayıb.

Qeyd edək ki, türk əsilli FİFA kateqoriyalı referi ötən mövsüm də “İlin hakimi” seçilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp