Premyer Liqada yeni mövsüm avqustun ikinci yarısı start götürəcək. Peşəkar Futbol Liqası çempionatın ilk turunu ayın 14-nə təyin etmək istəsə də, planlar baş tutmayacaq.

Futbolinfo.az xəbər verir ki, qurum indi də son tarix kimi avqustun 21-ni nəzərdə tutur. Xüsusi karantin rejimi bitən kimi yeni mövsümün püşkü atılacaq və çempionat qeyd olunan vaxt başlayacaq. Təbii ki, koronavirus pandemiyası ilə bağlı gözlənilməzlik ortaya çıxmazsa və yoluxma sayındakı müsbət dinamika davam edərsə…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp