“Milan” klubu futbolçusu Hakan Çalhanoğlunun müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Milan”ın türkiyəli yarımmüdafiəçiyə illik 3,5 milyon avro qazanacağı 4 illik müqavilə təklif edəcəyi bildirilir.

2017-ci ildən “Milan”da forma geyinən 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir. Hakan bu mövsüm A Seriyasında 33 oyunda 8 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.

Shares: