“Yuventus”un hücumçusu Kriştiano Ronaldo A Seriyasının 37-ci turu çərçivəsində qarşılaşacaqları “Kalyari” ilə oyunu buraxa bilər.
Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisinin məşqçilər korpusu 35 yaşlı ulduz futbolçusunu qorumağa qərar veriblər.
Məsələ burasındadı ki, “Yuventus” artıq çempionluğu təmin edib. Avqustun 7-də isə bu komandanı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Lion “Olimpik”i ilə oyun gözləyir. Bu üzdən də Ronaldoya bu qarşılaşma öncəsi istirahət verilməsi qərara alınıb.
Portuqaliyalı futbolçu bu mövsüm “Yuventus”la müxtəlif turnirlər çərçivsində 44 oyuna çıxıb, 35 qola imza atıb.
Qeyd edək ki, “Kalyari” – “Yuventus” matçı iyulun 29-da keçiriləcək.