“Zirə”yə keçidim Rəşad Sadıqovun bu komandaya baş məşqçi təyinatından sonra alındı. Gələn təklifi dəyərləndirib bu kluba keçdim” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Zirə”nin yeni qapıçısı Rəşad Əzizli deyib.
O, “Keşlə”dən “Zirə”yə gözlənilməz keçidindən danışıb: “Açığı, gələn təklif mənim üçün gözlənilməz oldu. Bunu dəyərləndirmək üçün “Keşlə” rəhbərliyi ilə danışdım, hallalaşıb ayrıldım. Onlara təşəkkür edirəm ki, məni başa düşdülər. Keçidimdə heç bir problem yaranmadı”.
Əzizli “Zirə”də daim heyətdə yer ala biləcəyi ilə bağlı suala belə cavab verib: “Heyətdə olub-olmamağım baş məşqçinin işidir. Necə məsləhət bilsə, elə də alınacaq”.
Qolkiper Rəşad Sadıqovun baş məşqçi kimi uğurlu olacağına da inandığını dilə gətirib: “Rəşad Sadıqov məşqçiliyə bir neçə ilə əvvəldən başlayıb. Fikrimcə, elə onda da uğurlu olub. “Zirə”də də uğurlu olacağına inanıram”.