“Sabah”ın yeni transferi Aleksey İsayev əməliyyat olunub. Bu barədə 25 yaşlı futbolçu özünün “İnstaqram” səhifəsində paylaşım edib.

Əməliyyat dünən Bakıdakı klinikaların birində olub. Onun sentyabrda məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, İsayev bu ay “Sumqayıt”dan ayrılaraq “Sabah”a keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp