Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” matçının məkanı dəyişdirilə bilər. UEFA koronavirusun İspaniyada yenidən yayılmağa başlaması səbəbindən, qarşılaşmanın neytral meydanda oynanılması variantını nəzərdən keçirir.
Qurum məsələ ilə bağlı Səhiyyə Departamentinə müraciət edib. Oyunun iştirakçıların təhlükəsizliyini riskə atmaq ehtimalının yüksək olduğu təsdiqlənərsə, matçın keçirilmə yeri dəyişdiriləcək. UEFA-nın həftə sonuna kimi qərar qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, “Barselona” avqustun 8-də “Kamp Nou” stadionunda “Napoli”ni qəbul etməlidi. Tərəflər arasında İtaliyada keçirilən görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb.