Rusiyanın “Zenit” klubu futbolçusu Artyom Dzyubanın müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı hücumçuyla 2+1 illik yeni sözləşmə imzalanıb.
Rusiya milli komandasının da üzvü olan Dzyuba, 2015-ci ilin yayından “Zenit”də çıxış edir.