“Qalatasaray”dan ayrılan braziliyalı müdafiəçi Marianonun yeni ünvanı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin “Atletiko Mineyro” klubu ilə anlaşıb.
Mariano klubun rəhbərliyi ilə görüşüb və tərəflər arasında ilkin razılıq əldə olunub. “Atletiko Mineyro” Marianonun transferini yaxın zamanda rəsmən açıqlayacaq.
Artıq bu barədə məlumatı Braziliya klubunun prezidenti Serxio Sette Kamara sosial şəbəkə hesabı vasitəsilə təsdiqləyib.
2017-ci ilin yayından “Qalatasaray”da forma geyinən Mariano klubla müddəti bitən müqaviləsini yeniləməmişdi. O, İstanbul təmsilçisində 84 matçda 2 qol vurub. Təcrübəli futbolçu bu müddətdə iki dəfə Türkiyə çempionu olub, bir dəfə kubok və superkubok sevinci yaşayıb.