Futbol üzrə Almaniya millisinin sabiq üzvü Mixael Ballak nümunəvi addımla yadda qalıb.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, maddi çətinlik yaşayan keçmiş klubu “Çemnitzer”ə yardım edib.

Belə ki, o, karyerası boyunca geyindiyi 40 ədəd imzalı formasını kluba bağışlayıb. Bu formalar hərracda satılacaq. Formalar üçün minimum təklif 200 avrodur.

“Çemnitzer”in növbəti mövsümə qatılmaq və lisenziya almaq üçün 450 min avroya ehtiyacı var.

Shares: