Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas karyerasını bitirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qapıçı “instagram” hesabından paylaşım edib.

Kasilyas son olaraq “Portu”da çıxış edib. O, 1998-2015-ci illərdə “Real”ın şərəfini qoruyub.

Sabiq qapıçı “Real”ın heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib.

Shares: