ABŞ-ın 2-ci liqasında – USL çempionatında 6-cı turun rəmzi komandası məlum olub.

Futbolinfo.az xəbər verir ki, “Finiks Rayzinq” klubunda forma geyinən azərbaycanlı futbolçu Rüftə Dadaşov da həftənin rəmzi komandasına seçilib.

Dadaşov komandasının son turda “El Paso”nu 3:1 hesabıyla məğlub etdiyi oyunda bir qol vurub, bir də məhsuldar ötürmə etmişdi. Rüfətlə yanaşı, onun komanda yoldaşı – qapıçı Erik Dik də həftənin rəmzi komandasına düşüb.

Azərbaycan milli komandasının da üzvü olan hücumçu, bu mövsüm “Finiks Rayzinq”lə 4 qol vurub.

Shares: