Almaniyada futbol çempionatlarının yeni mövsümdən azarkeşlərin iştirakı ilə keçirilməsi gözlənilir.

Futbolinfo.az xəbər verir ki, Almaniya Klublar Birliyinin (DFL) bununla bağlı hazırladığı təklif paketi klublar tərəfindən qəbul olunub.

Birinci və ikinci Bundesliqadan 36 klub DFL-in videokonfrans formatında olan toplantısında azarkeşlərin tribunalara qayıtmasını dəstəkləyib.

Yeni qaydaya əsasən, stadiona ilin sonuna qədər ancaq ev sahibi komandanın azarkeşləri buraxılmalıdır. Bundan başqa, 31 oktyabra qədər ayaq üstə oyun izləyən azarkeş olmamalıdır və stadionda alkoqollu içkilərin satışına icazə verilməməlidir.

DFL prezidenti Kristian Şeyfert isə toplantıda bildirib ki, yeni mövsümdən azarkeşlərin oyunlara buraxılıb-buraxılmaması ilə bağlı son qərarı hər klubun təmsil olunduğu bölgənin yerli icra orqanı verəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Almaniyada oyunlar may ayından azarkeşsiz keçirilib.

Shares: