Koronavirus pandemiyasına görə martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına bu gün start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda Türkiyə çempionu “Başakşəhər”i qəbul edib. Tərəflər arasındakı ilk oyunda danimarkalılar minimal hesabla məğlub olmuşdu. Cavab qarşılaşmasında isə “Kopenhagen” darmadağınla qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted”, bu dəfə rəqibi “Old Trafford”da qəbul edib. Bu qarşılaşmada da “qırmızı şeytanlar” qələbə qazanan tərəf olub.

“İnter” “Xetafe” ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmamışdı. Bu üzdən də matç neytral meydanda – Almaniyada keçirilib. İnamlı qələbə qazanan İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb.

“Şaxtyor”la “Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılıb. Komandalar arasındakı ilk oyunda donetsklilər 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə almanlar daha böyük hesabla uduzublar.

1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunları
5 avqust

Kopenhagen (Danimarka) – Başakşəhər (Türkiyə) 3:0
Qol: Vind, 4; 53-pen. Falk, 62.
İlk oyun – 0:1

Şaxtyor (Donetsk, Ukrayna) – Volsfburq (Almaniya) 3:0
Qol: Moraes, 89; 90+3. Solomon, 90+1.
İlk oyun – 2:1

İnter (İtaliya) – Xetafe (İspaniya) 2:0
Qol: Lukaku, 33. Eriksen, 83.
İlk oyun baş tutmayıb

Mançester Yunayted (İngiltərə) – LASK (Avstriya) 2:1
Qol: Linqard, 57. Marsyal, 88 – Vizinger, 55.
İlk oyun – 5:0

6 avqust

20:55 Bayer (Almaniya) – Reyncers (Şotlandiya)
İlk oyun – 3:1

20:55 Sevilya (İspaniya) – Roma (İtaliya)
İlk oyun baş tutmayıb

23:00 Bazel (İsveçrə) – Ayntraxt (Almaniya)
İlk oyun – 3:0

23:00 Vulverhempton (İngiltərə) – Olimpiakos (Yunanıstan)
İlk oyun – 1:1

Shares: