“Keşlə” ilə yollarını ayıran Lorenzo Frutos Paraqvay mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu, Azərbaycandakı karyerasıyla bağlı da danışıb:

“Venesuelada “Deportivo Lara”da çıxış edirdim. Prinsipcə, klub mənim üçün çox yaxşı idi, heç problemim olmadı. Libertadores kubokunda oynamaq xəyalımı da reallaşdırdım. “Deportivo Lara”dakı ilk aylarım möhtəşəm idi, amma martın sonlarına yaxın maaş problemləri olmağa başladı. Bizim pullarımızı ödəmirdilər, rəhbərliklə problemim yarandı. Sonra Azərbaycandan təklif gəldi və mən də tərəddüd etmədən qəbul etdim.

“Keşlə” mənim üçün çox yaxşı təcrübə oldu. Premyer Liqa tamamlanmadı, koronavirusa görə mövsüm ləğv olundu. 6 qol vurdum və komandam Avropa Liqasına vəsiqə qazandı”.

Frutos, Azərbaycan dilini öyrənə bilmədiyini də deyib:

“Azərbaycan dilində danışmaq mümkünsüzdür, çox çətindir, həqiqətən. Türk dilinə oxşayan çox qarışıq yerli dildir. Əhalinin bir hissəsi rusca da danışır. Gündə 5 dəfə ibadət edən komanda yoldaşlarım var idi. Diqqətimi çəkən şey sahib olduqları dini intizam oldu. Hər yerdə ibadət edəcək komanda yoldaşlarım var idi. Əvvəl bunu başa düşmürdüm, amma sonradan dərk etdim. Azərbaycan müsəlman ölkəsi olsa da, digərləri ilə müqayisədə daha açıqdır. Çünki daha qapalı ölkələr də var”.

Shares: