“Qəbələ” bu ilin əvvəlində heyətinə qatdığı Nikolas Raysellə yola davam edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə sportinfo.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, sloveniyalı hücumçu ilə 1 illik yeni müqavilənin şərtləri razılaşdırılıb. Bununla düşərgədə qalacağı dəqiqləşən legionerlərin sayı 3-ə çatıb. PSJ-nin yetirməsinə kimi Rodriqo Qattas və Merab Qiqauri ilə sözləşmənin müddəti gələn ilin yayınadək uzadılıb.

Əyalət təmsilçisinin rəsmisi onu da bildirib ki, hazırda Abdelrafik Jerarla danışıqlar davam edir. Fransalı yarımmüdafiəçi ilə görüşmələr hazrda yaxşı gedir və tezliklə onunla da müqavilənin yenilənməsi gözlənilir.

Shares: