Futbol üzrə Moldova çempionatında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Milsami” ilə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevli “Dinamo-Avto”nun dueli ilə əlamətdar olub.
Qarşılaşma meydan sahibi “Milsami”nin qələbəsiylə yekunlaşıb – 1:0. Quluzadəylə Nağıyev də bu görüşün iştirakçısı olub. Dmitri start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Amit isə 61-ci dəqiqədə meydana buraxılıb.
8 turdan sonra 14 xala malik “Milsami” 10 kollektiv arasında 14 xalla 4-cü, “Dinamo-Avto” isə 10 xalla 5-ci sırada qərarlaşıb.