İngiltərənin “Mançester Siti” klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi “Bornmut”un müdafiəçisi Natan Akeni heyətinə qatıb.
Bu barədə “Mançester Siti”nin rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Şəhərlilər”in niderlandlı oyunçunun keçidi üçün qarşı tərəfə 41 milyon funt-sterlinq ödədiyi iddia olunur.
Qeyd edək ki, “Bornmut” Niderland millisinin üzvünü 2017-ci ildə “Çelsi”dən 22,8 milyon avroya transfer etmişdi. Ake geridə qalan mövsümdə Premyer Liqada 29 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi vaxtilə “Ridinq” və “Uotford”da icarədə də oynayıb.
“Mançester Siti” Akedən öncə “Valensiya”dan Ferran Torresi də transfer etmişdi.