İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Lion “Olimpik”indən müdafiəçi Pyer Kalulunu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 2025-ci ilin iyulunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Kalulu “Olimpik”in öz yetirməsidi. Fransalı futbolçu müdafiənin sağ cinahında oynayır.