Türkiyənin “Fənərbaxça” klubu heyətinə yeni futbolçu qatıb.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”dan ayrılan Mert Hakan Yandaşı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Mert Hakan Yandaş 2017-ci ildən “Sivasspor”un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komanda ilə 37 rəsmi oyuna çıxıb, 10 qola imza atıb. Yarımmüdafiəçi daha öncə “Yeşil Bursa”, “Altınordu”, “Tirespor 1922”, “Menemen Belediyespor” klublarında da forma geyinib.

Shares: