“Beşiktaş”ın daha bir futbolçusu İstanbul klubu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Caner Erkin də paytaxt təmsilçisi ilə vidalaşıb.
O, sosial şəbəkə hesabında klubdakı hər kəslə vidalaşıb. Artıq Canerin yeni klubu da bəllidi. 31 yaşlı futbolçu sabiq klubu “Fənərbaxça”ya qayıdıb. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik (2+1 il şərtilə) müqaviləyə imza atıblar.
Qeyd edək ki, “Manisaspor”un yetirməsi olan Caner Türkiyədə “Qalatasaray”ın da uğurları üçün çalışıb. O, 2010-2016-cı illər aralığında “Fənərbaxça”da çıxış edib. 2016-cı ildən isə sol cinah müdafiəçisi “Beşiktaş”da forma geyinirdi.
Bu gün Caner Erkindən öncə Gökhan Gönül də “Beşiktaş”la vidalaşaraq “Fənərbaxça” ilə müqavilə imzalamışdı. İstanbul klubu “Sivasspor”dan Mert Hakan Yandaşı da transfer edib.