“Trabzonspor” üç futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi legionerlərindən Badu Ndiaye, Filip Novak və Manoel Messias ilə vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Qeyd edək ki, Ndiaye bu ilin əvvəlində İngiltərənin “Stok Siti” klubundan icarəyə götürülmüşdü. 29 yaşlı seneqallı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu kluba qayıdıb.
Moraes də Braziliyanın “Kruzeyro” klubundan icarəyə götürülmüşdü. Qış fasiləsi dönəmində “Trabzonspor”a gələn 30 yaşlı mərkəz müdafiəçisi demək olar ki, Super Liqa klubunda şans qazanmadı.
Novak isə 2018-ci ildən Trabzon təmsilçisinin uğurları üçün çalışırdı. Çexiya yığmasının da üzvü olan 30 yaşlı sol cinah müdafiəçisi klubla müqaviləsinin müddəti bitdiyi üçün “Trabzonspor”dan ayrılıb.