“Fənərbaxça” bir gündə dördüncü transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu gün Mert Hakan Yandaş, Gökhan Gönül və Caner Erkini heyətinə qatan İstanbul təmsilçisi sol cinah müdafiəçisi Filip Novakı da transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Trabzonspor”dan ayrılan 30 yaşlı çex futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Novakın son klubu “Trabzonspor” olub. O, 2018-ci ilin bu klubun uğurları üçün çalışırdı. Çexiya yığmasında da oynamış futbolçu daha öncə “Jlin”, “Yablonets” və “Midtyulland”da da çıxış edib.