“Real”ın koronavirusa yoluxan futbolçusu Mariano Dias sağalıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
27 yaşlı hücumçunun sonuncu koronavirus testinin nəticəsi mənfi olub.
“Real” iyulun 28-də Diasda koronavirusa aşkarlandığını açıqlamışdı.
Dias 2019/2020 mövsümündə “Real”ın heyətində 7 oyun keçirib və 1 qol vurub.