Fransanın “Sent-Etyen” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Virus aşkarlanan futbolçunun adı açıqlanmayıb. Onun karantinə alındığı diqqətə çatdırılıb.
Futbolçusunun koronavirusa yoluxduğuna görə “Sent-Etyen”in “Herta”yla bu gün keçirilməsi nəzərdə tutulan yoxlama matçı ləğv olunub.