“Sumqayıt” heyətinə Qazaxıstanda çıxış edən Kərəm Sultanovu qatmağa hazırlaşır.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi artıq futbolçu ilə razılığa gəlib.

Son olaraq Aktau “Kaspi”sində çıxış edən müdafiəçinin 24 yaşı var. O, daha öncə “Ordabası”, “Bayterek” və “Kızıl-Jar” klublarının əvəzedici heyətlərində forma geyinib. O, bu ilin əvvəlində “Kaspi”yə keçsə də, bu komandanın heyətində rəsmi oyuna çıxmayıb.

Shares: