“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveçli futbolçu ilə başa çatan müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılıb. Artıq 38 yaşlı forvard komandaya qoşulub və məşqlərə başlayıb.

Qeyd edək ki, yanvarda “Milan”a qayıdan 38 yaşlı oyunçu ötən mövsümün 2-ci yarısında 18 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp