Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Əsas yolda 26 cüt müəyyənləşib. Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Neftçi”nin Türkiyə “Qalatasaray”ı ilə təşkil etdiyi cütün növbəti rəqibi də bilinib. Həmçinin qonşu ölkənin digər təmsilçiləri “Beşiktaş” və “Alanyaspor” da qarşılaşacağı komandaları tanıyıb.

Püşkatmada Çempionlar yolunun 9 cütü də bəlli olub. Hər iki yolda mərhələnin yeganə matçının ev sahibi də müəyyənləşib.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsi

Əsas Yol

Baçka Topola (Serbiya)/Styaua (Rumıniya) cütünün qalibi – Riteryay (Litva)/Slovan (Çexiya) cütünün qalibi

Neftçi (Azərbaycan)/Qalatasaray (Türkiyə) cütünün qalibi – Renova (Şimali Makedoniya)/Hayduk (Xorvatiya) cütünün qalibi

Osiyek (Xorvatiya)/Bazel (İsveçrə) cütünün qalibi – Anortosis (Kipr)

ÇSKA (Sofiya, Bolqarıstan)/BATE (Belarus) cütünün qalibi – B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi

Laçi (Albaniya)/Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi – Kolreyn (Şimali İrlandiya)/Motervell (Şotlandiya) cütünün qalibi

Viktoriya (Plzen, Çexiya) – Sonderyuske (Danimarka)

Honved (Macarıstan)/Malmö (İsveç) cütünün qalibi – Lokomotiva (Xorvatiya)

Ventspils (Latviya)/Rusenborq (Norveç) cütünün qalibi – Alanyaspor (Türkiyə)

Teuta (Albaniya)/Qranada (İspaniya) cütünün qalibi – Lokomotivi (Gürcüstan)/Dinamo (Moskva, Rusiya) cütünün qalibi

LASK (Avstriya) – Dunayska Streda (Slovakiya)/Yablonets (Çexiya) cütünün qalibi

Bala Taun (Uels)/Standard (Belçika) cütünün qalibi – Voyvodina (Serbiya)

OFİ (Yunanıstan)/Apollon (Kipr) cütünün qalibi – Hammarbü (İsveç)/Lex (Polşa) cütünün qalibi

Nomme Kalyu (Estoniya)/Mura (Sloveniya)/Orhus (Danimarka) cütünün qalibi – PSV (Niderland)

Şarlerua (Belçika) – Sfintul (Moldova)/Partizan (Serbiya) cütünün qalibi

Hibernians (Malta)/Fehervar (Macarıstan) cütünün qalibi – Servett (İsveçrə)/Reyms (Fransa) cütünün qalibi

Sankt-Qallen (İsveç) – AEK (Yunanıstan)

Botoşani (Rumıniya)/Şkendiya (Şimali Makedoniya) cütünün qalibi – Lokomotiv (Plovdiv, Bolqarıstan)/Tottenhem (İngiltərə) cütünün qalibi

Proqress (Lüksemburq)/Villem II (Niderland) cütünün qalibi – Linkoln (Cəbəllütariq)/Reyncers (Şotlandiya) cütünün qalibi

Sportinq (Portuqaliya) – Vikinq (Norveç)/Aberdin (Şotlandiya) cütünün qalibi

Kukesi (Albaniya)/Volfsburq (Almaniya) cütünün qalibi – Desna (Ukrayna)

Riyeka (Xorvatiya) – Aris (Yunanıstan)/Kolos (Ukrayna) cütünün qalibi

Şemrok Rovers (İrlandiya)/Milan (İtaliya) cütünün qalibi – Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün qalibi

Rostov (Rusiya) – Makkabi (Hayfa, İsrail)/Jelezniçar (Bosniya və Herseqovina)/Kayrat (Qazaxıstan) cütünün qalibi

Beşiktaş (Türkiyə) – Borats (Bosniya və Herseqovina)/Rio Ave (Portuqaliya) cütünün qalibi

Göteborq (İsveç)/Kopenhagen (Danimarka) cütünün qalibi – Pyast (Polşa)/Hartberq (Avstriya) cütünün qalibi

Kaysar (Qazaxıstan)/APOEL (Kipr) cütünün qalibi – Olimpiya (Sloveniya)/Zrinski (Bosniya və Herseqovina) cütünün qalibi

Çempionlar yolu

Riqa (Latviya)/Tre Fiori (San-Marino) cütünün qalibi – Seltik (Şotlandiya)

Kuopio (Finlandiya)/Slovan (Slovakiya) cütünün qalibi – Suduva (Litva)

Legiya (Polşa) – Sileks (Şimali Makedoniya)/Drita (Kosovo) cütünün qalibi

Klasksvik (Farer adaları) – Konnah Kuey (Uels)/Dinamo (Tbilisi, Gürcüstan) cütünün qalibi

Yurqorden (İsveç)/Europa (Cəbəllütariq) cütünün qalibi – ÇFR (Rumıniya)

Linfild (Şimali İrlandiya)/Floriana (Malta) cütünün qalibi – Flora (Estoniya)/Reykyavik (İslandiya) cütünün qalibi

Sarayevo (Bosniya və Herseqovina) – Astana (Qazaxıstan)/Buduçnost (Monteneqro) cütünün qalibi

Şerif (Moldova) – İnter (Andorra)/Dandalk (İrlandiya) cütünün qalibi

Ararat (Ermənistan)/Fola Eş (Lüksemburq) cütünün qalibi – Çelye (Sloveniya)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp