Türkiyə klubları “Neftçi”nin iki futbolçusu ilə maraqlanır.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Kamran Quliyev “A Spor”a açıqlamasında məlumat verib.

O, həmin komandaların adlarını açıqlamayıb. Klub prezidenti Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə matçdan sonra bəzi oyunçulara təkliflərin gələcəyini söyləyib:

“Söhbət tək kapitanımız Emin Mahmudovdan getmir. Türkiyənin digər klubları bizim iki futbolçumuzla maraqlanır. Artıq rəsmi təklif də gəlib. Onlar komandanın yaxşı futbolçularındandır. Türkiyə Super Liqasında oynaya biləcək səviyyədədirlər. İnanmaq istəyirəm ki, “Qalatasaray”la qarşılaşamanı hamı yaxından izləyəcək və futbolçuların potensialına qiymət verəcək”.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qalatasaray” matçına saat 20:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp