Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

UEFA-nın mənzil-qərargahındakı tədbirdə pley-offun 6 cütü müəyyənləşib. Bunlardan dördü Çempionlar, ikisi Liqa yolunun cütləridir. Azərbaycan çempionu “Qarabağ”ın Norveç “Molde”si ilə təşkil etdiyi cütün mümkün rəqibi də bəlli olub.

Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli, iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off

Çempionlar yolu

Slaviya (Çexiya) – Midtyulland (Danimarka)/Yanq Boyz (İsveçrə) cütünün qalibi

Makkabi (Təl-Əviv, İsrail)/Dinamo (Belarus) cütünün qalibi – Zalsburq (Avstriya)

Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr)/Srvena Zvezda (Serbiya) cütünün qalibi

Qarabağ (Azərbaycan)/Molde (Norveç) cütünün qalibi – Ferentsvaroş (Macarıstan)/Dinamo (Xorvatiya) cütünün qalibi

Liqa yolu

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan)/Benfika (Portuqaliya) cütünün qalibi

Gent (Belçika)/Rapid (Avstriya) cütünün qalibi – Dinamo (Ukrayna)/Alkmaar (Niderland) cütünün qalibi

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp