Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Mo açıqlama verib.

Futbolinfo.az “itromso.no” saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis qarşılaşmanın neytral meydanda keçirilməsinin tərəfdarıdır:

“Məncə, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək və biz onda bərabər şərtlər altında olacağıq. Əlbəttə, görüşün neytral meydanda keçirilməsi bizim üçün müsbət məqamdır. Hər halda, evdən kənarda oynamaq rəqib üçün üstünlükdür”.

Sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” matçına saat 20:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp