İngiltərənin “Lester Siti” klubu müdafiəçisi Conni Evansla müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. 32 yaşlı futbolçu ilə əvvəlki anlaşmanın müddəti 2021-ci ilin yayında bitəcəkdi.
Şimali İrlandiya yığmasının da üzvü olan Evans, 2018-ci ilin yayında “Vest Bromviç”dən “Lester Siti”yə gəlib. O, bu komandada 89 oyuna çıxıb, 3 qola imza atıb.