İspaniyanın “Marca” nəşri 2020-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, qalib adını Almaniyanın “Bavariya” klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski qazanıb.

İkinci yeri Münhen təmsilçisinin daha bir oyunçusu Yozua Kimmix tutub. Fransa PSJ-sinin forvardı Kilian Mbappe isə üçüncü olub.

İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldu dördüncü, İspaniya “Barselona”sının kapitanı Lionel Messi isə 10-cu yerlə kifayətlənib.

Qeyd edək ki, Robert Levandovski 2020-ci ildə “Bavariya”nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.

Daha əvvəl o, FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu və “Globe Soccer Awards” mükafatına sahib çıxıb.

Siyahının ilk 10-luğunda aşağıdakı futbolçular yer alıb:

  1. Robert Levandovski (“Bavariya”)
  2. Yozua Kimmix (“Bavariya”)
  3. Kilian Mbappe (PSJ)
  4. Serxio Ramos (“Real”)
  5. Kriştiano Ronaldo (“Yuventus”)
  6. Neymar (PSJ)
  7. Kərim Benzema (“Real”)
  8. Manuel Noyer (“Bavariya”)
  9. Erlinq Haland (“Borussiya” Dortmund)
  10. Lionel Messi (“Barselona”).
Shares: