Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Terimin cəzası 5 oyundan 4 matça endirilib.

Bundan başqa, mütəxəssisə verilən pul cəzası da azaldılıb. 67 yaşlı mütəxəssis 55 min 500 lirə yox, 42 min 500 lirə ödəyəcək.

Terim “Karagümrük” – “Qalatasaray” oyununda (2:1) hakimin ünvanına xoşagəlməz ifadələr dediyi üçün cəzalandırılıb.

Shares: