Qvatemala mətbuatı 2020-ci ildə ölkə xaricində çıxış ən yaxşı yerli futbolçuların adlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, milli komandanın 3 üzvünün yer aldığı siyahıda “Səbail”in qapıçısı Nikolas Hagenin də adı var.
24 yaşlı qolkiper Kolumbiyanın “Alyansa Petrolera” klubunda çıxış edən həmkarı Rikardo Xeres və Meksikanın “Amerika” komandasının yarımmüdafiəçisi Antonio Lopeslə birlikdə ən yaxşı “3-lük”də qərarlaşıb.
Qeyd edək ki, Nikolas Hagen 2020/21 mövsümünün əvvəlindən “Səbail”də çıxış edir.