“Barselona”nın sabiq futbolçusu və məşqçisi Eusebio Sakristan komadadır.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı sabiq futbolçu iki gün əvvəl yıxılıb və başından ağır zərbə alıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən mütəxəssis beynindən əməliyyat keçirib. Əməliyyatdan bəri o, komadadır.
1988-1995-ci illərdə “Barselona”da çıxış edən Sakristan bir müddət Kataloniya klubunda məşqçi və əvəzedici heyətdə baş məşqçi kimi çalışıb.