Futbol üzrə Kolumbiya yığmasının sabiq yarımmüdafiəçisi Fredi Quarinin yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra ölkəsinin “Milyonarios” klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Quarin son olaraq “Vasko da Qama”nın uğurları üçün çalışıb. Təcrübəli futbolçu karyerası ərzində “Boka Xuniors”, “Sent-Etyen”, “Portu”, “İnter” (Milan) klublarının da formasını geyinib.

Shares: