İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Amad Diallonu transfer edib.
Bu barədə İngiltərə klubunun baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 17-ci turunda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonrakı mətbuat konfransında bildirib. 47 yaşlı mütəxəssis transferdə heç bir maneənin olmadığını və 18 yaşlı vingerin komandaya qoşulacağını söyləyib.
Qeyd edək ki, Amad Diallo 2019-cu ildən “Atalanta”nın əsas komandasındadır. Fil Dişi Sahilindən olan futbolçu 2015-ci ildən İtaliya klubunun sıralarındadır.